Ərdoğan İranın yeni prezidenti ilə regional məsələləri müzakirə edib

8
İyl
19:18
thumb_down 0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkianla telefonla danışıb.

Ərdoğan iranlı həmkarını seçkidə qalib gəlməsi münasibətilə təbrik edib. Liderlər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Türkiyə prezidenti ikitərəfli əlaqələrin bütün sahələrdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib.

Mənbə: TRT