Binə körpüsünün yaxınlığında avtomobil piyadanı vuraraq öldürüb

9
İyl
09:54
thumb_down 0

Aeroport şosesində, Binə körpüsünün yaxınlığında avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un məlumatına görə, Asim Qurbanov idarə etdiyi "Opel Astra" markalı avtomobillə sözügedən ərazidə piyada, Fariz Seyidovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.