Norveçdə kral sarayını yandırmağa cəhd edildi

9
İyl
21:36
thumb_down 0

Norveç polisi Osloda kral sarayının fasadına iki şüşə alışan maye atan və yanğına səbəb olan şəxsi həbs edib.

Bu barədə polisin mətbuat xidməti məlumat yayıb.

"Həbs edilən şəxs 50 yaşlı xarici ölkə vətəndaşıdır. Kişi elektrikli əlil arabasında olub", - deyə məlumatda bildirilir.

Saxlanılan şəxsə 10 il müddətinə Norveçə giriş qadağan edilib.

"Polis bu şəxsin cinayət törətdiyinə görə Niderland hakimiyyəti tərəfindən axtarışda olduğunu təsdiqləyib. Təqsirləndirilən belarusludur və o Aİ-dən, həmçinin Norveç, İslandiya, İsveçrə və Lixtenşteyndən qovulub.

Hazırda cinayətkar Norveçdə polis bölməsindədir və istintaqı gözləyir. Onun hərəkətinin motivi naməlum olaraq qalır.

Mənbə: rbc.ru, gazeta.ru