Yaşar Gülər: "Türkiyə Qara dəniz hövzəsinin hərbi arenaya çevrilməsinə icazə verməyəcək"

10
İyl
23:36
thumb_down 0

"Türkiyə Qara dəniz hövzəsinin hərbi əməliyyatlar arenasına çevrilməsinə icazə verməyəcək".

seher.media TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Yaşar Güler ​​deyib.

"Türkiyə bu gün münaqişənin hər iki tərəfini (Rusiya və Ukrayna) yüksək səviyyəli danışıqlarda birləşdirə bilən yeganə ölkədir. Biz Qara dənizin strateji döyüşlər meydanına çevrilməsinə imkan verməyəcəyik", - deyə Gülər ​​ABŞ-nin "Politico" jurnalına müsahibəsində bildirib.