NATO: "Çin Rusiyanın sponsorudur"

11
İyl
09:54
thumb_down 0

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Çini Rusiyanın Ukraynada apardığı müharibənin əsas sponsoru adlandırıb.

seher.media xəbər verir ki, bu barədə iyulun 10-da alyansın sammitinin yekunları üzrə qəbul edilmiş Vaşinqton bəyannaməsində deyilib.

NATO, həmçinin Çini Rusiyanın hərbi maşınına maddi və siyasi dəstəyi dayandırmağa çağırıb.