Rusiyada yüksəkçinli şəxs yol-nəqliyyat hadisəsində ölüb

12
İyl
18:18
thumb_down 0

Rusiyanın Altay diyarının sənaye və energetika nazirinin müavini Vladimir Loktyuşov və daha bir nəfər bədbəxt hadisə nəticəsində ölüblər.

seher.media xəbər verir ki, bu barədə "Izvestiya"ya vilayət administrasiyası məlumat verib.

Hadisə R-256 Çuyski Trakt avtomobil yolunun 218-ci kilometrliyində baş verib, iki avtomobil toqquşub. Hadisə nəticəsində biri uşaq olmaqla beş nəfər də yaralanıb.

"Diaqnostik tədbirlər və tibbi yardım üçün müxtəlif dərəcəli bədən xəsarətləri alan üç zərərçəkmiş xəstəxanaya çatdırılıb", - deyə administrasiya qeyd edib.