Nigeriyada məktəb çökdü: Azı 16 şagird öldü

12
İyl
21:18
thumb_down 0

Nigeriyanın mərkəzində dərs zamanı məktəb binasının bir hissəsi uçub.

seher.media TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 16 məktəbli həlak olub.

Dağıntılar altından indiyədək beş nəfər xilas edilib.

Hadisə yerində xilasedicilər işləyir. Dağıntıları təmizləmək üçün qoşunlar cəlb edilib.