Trampa qarşı sui-qəsd törətməkdə ittiham edilən şəxsin GÖRÜNTÜLƏRİ

14
İyl
05:18
thumb_down 0

Donald Trampa qarşı sui-qəsd cəhdini törətməktə ittiham edilən şəxsin kimliyi məlum olub.

seher.media Aif.ru-ya istinadla xəbər verir ki, iddialarda sözügedən hadisəni aktivist Mark Violetin törətdiyi bildirilib.

Mark Violeti əsas şübhəli edən məqam onun baş verən hücumdan öncə şəxsi "YouTube" səhifəsində "ədalət yaxınlaşır" adlı video paylaşmağı olub.

Məlumat üçün bildirək ki, Pensilvaniya polisi Trampa qarşı sui-qəsd törədən şəxsin öldüyünü təsdiqləyib.

Qeyd edək ki, ABŞ-nin Pensilvaniya ştatında mitinq zamanı prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd olub.

Hadisə zamanı qulağından yaralanan 76 yaşlı siyasətçi xəstəxanaya yerləşdirilib, onun həyati təhlükəsi yoxdur.