Türkiyədə qırmızı bülletenlə axtarılan terrorçular məhv edildilər

14
İyl
11:18
thumb_down 0

Türkiyənin Mardin vilayətinin Dargeçit çölündə qırmızı bülletenlə axtarışda olan 2 terrorçu zərərsizləşdirilib.

seher.media xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya "X" səhifəsində bildirib.

Jandarma və polisin dronlardan istifadə etməklə birgə həyata keçirdiyi "Bozdoğan-50" əməliyyatı ilə zərərsizləşdirilən terrorçulardan biri "Herekol" kod adlı Taner Öğmendir.

Digər terrorçunun kimliyi müəyyənləşdirilir.