Trampa sui-qəsd cəhdi onun qalib gəlmə şansını artırıb

14
İyl
12:36
thumb_down 0

ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdi onun qarşıdan gələn seçkidə qalib gəlmək şansını artırıb.

seher.media xəbər verir ki, bu fikri bir neçə respublikaçı konqresmen "Politico"ya şərhlərində bildiriblər.

Məsələn, Viskonsin ştatından olan respublikaçı nümayəndə Derrik Van Ordenin sözlərinə görə, Trampın bu hücumdan sağ çıxması onun seçkidə qalib gəlməsi deməkdir.

İndi respublikaçıların hamısı Trampın qələbəsinə bu inamı bölüşməsələr də, bir çoxları sui-qəsd cəhdinin onun dəstəyini gücləndirəcəyini proqnozlaşdırır. Tennessi ştatının nümayəndəsi Tim Burçett bildirib ki, bu sui-qəsd cəhdi hər şeydən çox əsas elektorata enerji verəcək.