HƏMAS atəşkəslə bağlı danışıqların dayandırıldığını elan etdi

14
İyl
13:18
thumb_down 0

HƏMAS atəşkəslə bağlı danışıqların dayandırıldığını elan edib.

seher.media TASS-a istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın yüksəkrütbəli rəsmisi bildirib.

Məlumata görə, HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə bir sıra telefon danışıqlarında bölgədəki vasitəçilərə və maraqlı tərəflərə hərəkatın danışıqları dayandırmaq qərarı barədə məlumat verib.

HƏMAS tərəfi öz qərarını İsrailin danışıqlara qeyri-ciddi yanaşması ilə izah edib.