Bakıda yaşayış binasında yanğın: 10 nəfər təxliyə edildi

14
İyl
15:36
thumb_down 0

Bakıda yaşayış binasında yanğın olub.

seher.media bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 84 kvadratmetr olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan mənzilin dəhlizi 8 kvadratmetr sahədə qarsalanıb və 3-cü mərtəbədə yerləşən mənzilin 1 ədəd plastikdən ibarət pəncərəsi əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.