Qaxda iki avtomobil toqquşub: Xəsarət alanlar var

14
İyl
17:18
thumb_down 0

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var.

"Report"un məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Zəyəm kəndi ərazisindən keçen hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2107 və VAZ-21015 markalı avtomobillərin toqquşması nəticəsində Qax rayon sakini Eldəniz Allahverdi oğlu Paşayev və Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ruslan Natiq oğlu Ələsgərov xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.