AVRO-2024: İngiltərəli azarkeşlər Berlində qəza törətdilər

14
İyl
19:36
thumb_down 0

İngiltərə millisinin azarkeşləri AVRO-2024-ün finalında baş tutacaq İspaniya ilə oyun ərəfəsində Berlinin mərkəzində qəza törətdilər.

seher.media TASS-a istinadən xəbər verir ki, sərxoş azarkeşlər əyləndikləri barın yanında eksponat kimi dayanan köhnə alman avtomobilini itələyərək yolun kənarına yuvarlayıblar.

Azarkeşlərin hərəkəti nəticəsində başqa bir avtomobillə toqquşma baş verib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, Berlindəki Olimpiya stadionunda keçiriləcək İspaniya - İngiltərə qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.

AVRO-2024: İngiltərəli azarkeşlər Berlində qəza törətdilər

AVRO-2024: İngiltərəli azarkeşlər Berlində qəza törətdilər