Sumqayıtda fəhlə iş zamanı yanıq xəsarətləri aldı

15
İyl
09:36
thumb_down 0

Sumqayıtda fəhlə iş zamanı yanıq xəsarətləri alıb.

"Report" məlumat verir ki, hadisə "Tuq zavod" adlanan ərazidə yerləşən istehsal müəssisələrinin birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Hamlet Elxan oğlu Şiriyev müəssisədə iş görən zaman termiki yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.