Stoltenberq: "Polşa Ukrayna səmasında Rusiya təyyarələrini vurmayacaq"

15
İyl
09:54
thumb_down 0

Polşa NATO üzvü kimi Ukrayna hava məkanında Rusiya Silahlı Qüvvələrinin raket və təyyarələrini vurmayacaq.

seher.media xəbər verir ki, bu açıqlama ilə NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.

Y.Stoltenberqin sözlərinə görə, NATO Rusiya-Ukrayna münaqişəsində iştirak etməyəcək.

Bundan əvvəl Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski bildirmişdi ki, Varşava Rusiya raketlərini Ukrayna üzərindən vurmaq imkanını nəzərdən keçirir.