Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı yeni təfərrüat: "Rus izi" və üç növ silahdan açılan atəş…

15
İyl
15:54
thumb_down 0

ABŞ-nin keçmiş prezidenti Donald Trampı sui-qəsd zamanı mümkün ikinci güllədən qoruyan mühafizəçi qadın Rusiyanın Ryazan vilayətində anadan olub.

Bu barədə seher.media Rusiya mediasına istinadən bildirir.

Məlumata görə, əlbəyaxa döyüş və karate üzrə idman ustası olan qadın Skopin şəhərindəndir və ryazanlı məşqçi, idman ustası Olqa Novikovanın tələbəsidir.

2000-ci ildə qız ailəsi ilə birlikdə ABŞ-yə köçüb, burada məşqçi kimi çalışıb və universitetdə təhsil alıb. Daha sonra özəl cangüdənlər məktəbini bitirib və ehtimal edilir ki, bu da nəticədə onun hansısa yolla Donald Trampın şəxsi mühafizəçisi vəzifəsinə gətirib çıxarıb.

Eyni zamanda, audioekspertiza Donald Trampa üç növ silahdan atəş açıldığını göstərib. Lakin buna baxmayaraq, Federal Təhqiqatlar Bürosu zərərsizləşdirilən atıcının tək hərəkət etdiyi versiyası üzərində israr edir.

Sui-qəsd cəhdi qeydlərini araşdıran Denverdəki Kolorado Universitetinin Milli Media Kriminalistika Mərkəzinin ekspertlərinin gəldikləri nəticəyə əsasən, ilk üç atış bir silahdan, sonrakı beş atış isə ehtimal edilən ikinci silahdan həyata keçirilib. Eyni zamanda, sonuncu "akustik impuls" üçüncü növ silahdan edilmiş ola bilərdi. Həmçinin audioanalizlər atıcının Trampdan təxminən 110-120 metr aralıda olduğunu təsdiqləyib.

Atıcılıq üzrə rusiyalı təlimatçı Sergey Dubovun irəli sürdüyü versiyaya görə, ABŞ-də hər hansı bir tədbirə silah gətirilməsi qadağandır, ona görə də Donald Trampa sui-qəsd etmək istəyən atıcını kimsə içəri buraxmış ola bilər. Eyni zamanda təlimatçı bildirib ki, tüfəngdən atəş açmaq üçün xüsusi hazırlıq tələb olunmur. O qeyd edib ki, atıcı silahı polis kordonunun içindən keçirə bilməzdi.

Xatırladaq ki, Donald Trampa qarşı sui-qəsd cəhdi iyulun 13-də onun Pensilvaniya ştatında seçicilərlə görüşü zamanı baş verib. Hadisə zamanı bir nəfər ölüb və yaralananlar olub. Siyasətçinin özü isə qulağından yüngül xəsarət alıb.

Atıcının 20 yaşlı yerli sakin Tomas Metyu Kruks olduğu üzə çıxıb. O, ABŞ Təhlükəsizlik Xidmətinin snayperləri tərəfindən cavab atəşi ilə zərərsizləşdirilib. Atıcının sinif yoldaşlarından biri onu "normal" və "heç vaxt heç kim barəsində pis söz deməyən mehriban oğlan" kimi xatırlayıb. Hücum edənin başqa bir tanışı isə qeyd edib ki, Kruks həmişə tənha olub və məktəbə kamuflyaj kostyumu və ya ov paltarı geyinib.