İbrahim Tatlısəs ağır ürək əməliyyatından sonra xəstəxanadan evə buraxılıb

16
İyl
04:36
thumb_down 0

72 yaşlı məşhur türkiyəli müğənni İbrahim Tatlısəs keçirdiyi ürək əməliyyatından sonra xəstəxanadan evə buraxılıb.

O, xəstəxananın çıxışında jurnalistlərə qısa açıqlama verib.

"Özümü əla hiss edirəm. Allah bitdi demədikcə, bitməz", - deyə sənətçi vurğulayıb.

Qeyd edək ki, sənətçinin ürək qapağı dəyişdirilib. Əməliyyat 2.5 saat davam edib. İ.Tatlısəs "Harbiye" səhnəsində baş tutan konserti zamanı növbəti dəfə əməliyyat olunacağını açıqlamışdı.

Mənbə: Haberturk