Azərbaycanda yeni publik hüquqi şəxs yaradılır

16
İyl
15:18
thumb_down 0

Prezident İlham Əliyev "Respublika Qan Bankı" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

Bununla bağlı President.az xəbər yayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində "Respublika Qan Bankı" publik hüquqi şəxs yaradılır.

Müəyyən edilir ki, Qan Bankı qan və qan komponentlərinə olan tələbatın ödənilməsi sahəsində fəaliyyət göstərən, qan və qan komponentlərinin tədarükünü, emalını, yoxlanılmasını, saxlanılmasını və bölüşdürülməsini təmin edən publik hüquqi şəxsdir.

Qan Bankının fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla beş üzvdən ibarət Müşahidə Şurası yaradılır