Bakıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb - FOTO

17
İyl
09:18
thumb_down 0

Bakının Nəsimi rayonunda iki avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, "AzSamand" markalı nəqliyyat vasitəsinin sürücüsü Rəşid Behbudov küçəsi ilə hərəkətdə olan zaman kəsişmədə KIA markalı avtomobillə toqquşub. Zərbənin təsirindən KIA divara çırpılıb.

Qəza nəticəsində Murad Hüseynov, Sahib Əhmədzadə, Turan Quliyev və İlkin Abışov ağır bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Digər yaralıya isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Hadisə yerinə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.