Türkiyə Yunanıstan nazirinin təxribatçı bəyanatlarına sərt cavab verdi

17
İyl
13:36
thumb_down 0

"Yunanıstan müdafiə naziri Nikos Dendiasın Kipr türklərini və Türkiyənin qəhrəman ordusunu hədəf alan alçaq, yalan və iftira dolu bəyanatını şiddətlə qınayırıq".

seher.media-ın verdiyi məlumata görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Qurumdan bildirilib ki, Türkiyənin beynəlxalq müqavilələrdən irəli gələn zəmanət hüququ əsasında fəaliyyət göstərən qəhrəman ordusu 1963-1974-cü illər arasında yunanlar tərəfindən hər cür zülmə məruz qalmış Kiprin türk xalqını soyqırımından xilas edib.

"Türk əsgərinin cəsarəti və varlığı sayəsində 1974-cü ildən bəri Kiprdə qan tökülməyib, Yunanıstanın kipr-yunan xalqı üzərindəki xunta təzyiqi aradan qalxıb və Yunanıstandakı hərbi rejim yıxılaraq demokratiyaya qayıdış mümkün olub.

Mehmetçik dünən və bu gün olduğu kimi, sabah da Kiprdə sülh və əmin-amanlığın təminatçısı olacaq.

Yunanıstanın müdafiə nazirini iki ölkənin liderləri tərəfindən ortaya qoyulan və Türkiyə ilə Yunanıstan arasındakı münasibətləri konstruktiv yanaşma ilə inkişaf etməyi hədəfləyən ortaq mövqeni pozmağa çalışmaqdan əl çəkməyə çağırırıq.

Cənab Dendiasın türk və yunan xalqları arasına fitnə salmaqla siyasi karyera qurmaq cəhdləri nəticə verməyəcək", - deyə bəyanatda vurğulanıb.