Hovuzlarda gigiyenik qaydalara necə əməl olunmalıdır?

17
İyl
17:18
thumb_down 0

Yayda isti hava ilə əlaqədar insanların ən çox üz tutduğu məkanlardan biri də istirahət mərkəzləridir.

Lakin bəzi istirahət mərkəzlərindəki hovuzlarda gigiyenik qaydalara əməl olunmaması, eləcə də vətəndaşların məsuliyyətsiz davranışları insanların müxtəlif xəstəliklərə yoluxmasına yol açır.

Bəs, hovuzlarda gigiyenik qaydalara necə əməl olunmalıdır?

Məsələ ilə bağlı dermotokosmetoloq Ramil Qocayev bildirib ki, belə problemlərin olmaması üçün hovuzdan istifadə edən insanlardan arayış alınmalı və onlar mütəmadi olaraq dəri müayinəsindən keçməlidirlər.