Çində ticarət mərkəzində yanğın baş verdi

17
İyl
19:54
thumb_down 0

Çinin Sıçuan əyalətinin Sıqun şəhərindəki ticarət mərkəzində yanğın baş verib.

seher.media TASS-a istinadən xəbər verir ki, alovlar binanın dörd mərtəbəsini bürüyüb.

Məlumata görə, yanğının söndürülməsinə 20 yanğınsöndürən maşın və 92 xilasedici cəlb olunub. Hazırda 14 mərtəbəli binanın birinci, dördüncü, beşinci və altıncı mərtəbələri yanır.

Bildirilib ki, yanğınsöndürənlər 17 nəfəri xilas ediblər. Ticarət mərkəzində qalanların sayı məlum deyil.