Bakıda çoxmərtəbəli binada yanğın baş verib

18
İyl
08:54
thumb_down 0

Bakıda yaşayış binasında yanğın olub.

seher.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.