Beyləqanda silahlı insident olub

18
İyl
09:18
thumb_down 0

Beyləqan şəhərində silahlı insident olub.

"Report" xəbər verir ki, hadisə şəhərin Məşədi Əzizbəyov küçəsində qeydə alınıb.

1978-ci il təvəllüdlü Samir Axundov münaqişə zəminində tanışı, özündən üç yaş kiçik Yusif Cuvarlını güllələyib.

Yaralı xəstəxanaya yerləşdirilib, Samir Axundov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.