Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar

12
Okt
19:00
thumb_down 0

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçiriblər. Görülən tədbirlərlə 47 yaşlı Ceyhun Həsənov və qohumu 27 yaşlı Hüseyn Cəfərov saxlanılıblar.

Bu barədə seher.media-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından qaçaqmalçılıq yolu ilə əldə etdikləri ümumilikdə 20 kiloqram marixuana və tiryək aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxslərin həmin narkotik vasitələri maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib. Hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.