Abbas Abbasov: "Müstəmləkə siyasətindən əziyyət çəkən xalqların da bizə qoşulacağını düşünürük"

18
İyl
17:54
thumb_down 0

"Fransanın müstəmləkə siyasətinə qarşı yeni cəbhə - Beynəlxalq Azadlıq Cəbhəsi - müasir dünyada kolonializmə qarşı mübarizədə yeni və güclü silahdır".

seher.media xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə Bakıda birinci Qurultay çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Beynəlxalq Azadlıq Cəbhəsi bir çox insana ədalətin bərqərar olmasına, müstəqilliyə nail olmağa kömək edəcək:

"Gələcəkdə sayımızın əhəmiyyətli dərəcədə artacağını və müstəmləkə siyasətindən əziyyət çəkən digər xalqların da bizə qoşulacağını düşünürük".

Aqil Vəlili