Balıq tutmaq istəyən kişi boğuldu

19
İyl
11:18
thumb_down 0

Lənkəran sakini çayda boğulub.

"Qafqazinfo" xəbər verir ki, rayonun Kürə kənd sakini Elşad Panayevin meyiti Lənkəran çayının rayonun Velədi kəndindən keçən hissəsində aşkar edilib.

Məlumata görə, E.Panayev iyulun 14-də günorta saatlarında balıq tutmaq məqsədilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

O, uzun müddətdir epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. Yaxın qohumları onun epilepsiya tutması ilə əlaqədar çayda boğulduğunu bildiriblər.