Qubada transformator yanğına səbəb olub

19
İyl
14:36
thumb_down 0

Quba rayonunun Vəlvələ kəndi ərazisində yanğın baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, hadisə zamanı kənd sakini Əli Balakişiyevə məxsus biçilmiş əkin sahəsi və kolluqlar yanıb. İlkin məlumata görə, yaxınlığında yerləşən transformatordan çıxan qığılcım yanğının yaranmasına səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın məhdudlaşdırılıb və ətrafdakı bağ sahələri mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.