II ixtisas qrupu üzrə 700 bal toplayan abituriyent məlum oldu

19
İyl
20:18
thumb_down 0

Bu gün Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini .

seher.media xəbər verir ki, imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 1 nəfər göstərib.

İmtahanda 400 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Şəbnəm Ramin qızı Novruzova hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.

O, təhsilini Bakı Ali Neft Məktəbində davam etdirmək qərarına gəlib.

Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplayıb.

Xatırladaq ki, o, ilk cəhddə 393.9 bal toplamışdı.