Amerikalı oğlan Ginnesin Rekordlar Kitabına düşdü

20
İyl
05:54
thumb_down 0

ABŞ-nin Cənubi Dakota ştatından olan 17 yaşlı oğlan yeniyetmələr arasında ən uzun saç uzatmaqla Ginnesin Rekordlar Kitabına düşüb.

seher.media xəbər verir ki, bu barədə Rekordlar Kitabının saytında məlumat verilir.

Yerli Amerika tayfasından olan Ruben Luksun onun boyunda olan yeniyetmə oğlanlar arasında dünyanın ən uzun saçına sahib olduğu təsdiqlənib. Onun saçının uzunluğu 161 sm-dir.

Cənubi Dakota ştatının Rapid Siti sakini Ruben iki yaşından bəri saçını kəsdirməyib. O, saçının uzunluğu 146 sm olan hindistanlı Sidakdip Sinqh Çahalın rekordunu qırıb. Böyüdükcə öz tayfasının ənənəsinə uyğun olaraq saçını uzatmağa davam edib.

Yeniyetmə qeyd edib ki, mədəniyyət cəhətdən uzun saç Lakota xalqının mənəviyyatının bir hissəsidir. Bu yolla oğlan öz xalqının adət-ənənələrini qoruyur.