Ermənistanda polis bölməsinə hücum: Yaralılar var

20
İyl
11:18
thumb_down 0

Ermənistanın Kotayk vilayətində ötən gecə polis bölməsinə hücum olub.

Bu barədə seher.media Ermənistan KİV-ə istinadən bildirir.

Məlumata görə, 45-50 yaşlarında əcnəbi kişi polis bölməsinə gələrək atəş açıb. Atışma zamanı bir polis əməkdaşı və hücum edənin özü yaralanıb.