Şuşada II Qlobal Media Forumu başlayır

20
İyl
13:54
thumb_down 0

Milli mətbuatımızın 149 illiyi münasibətilə Şuşa şəhərində keçiriləcək "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" adlı Qlobal Media Forumunun iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya çatıblar.

Bu barədə AZƏRTAC xəbər verir.

II Şuşa Qlobal Media Forumunun xarici qonaqları Füzulidəki dağıntılarla tanış olublar.

"Report" xəbər verir ki, xarici qonaqlara Füzuli rayonunda erməni vandalların işğal dövründə törətdikləri dağıntılar barədə məlumat verilib.

Şuşada iyulun 20-22-də keçiriləcək II Qlobal Media Forumda iştirak edəcək xarici qonaqlar Füzuliyə gəliblər.

"Report"un məlumatına görə, qonaqları gətirən təyyarə Füzuli Beynəlxalq Aeroportunda enib.

Qeyd edək ki, "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda keçiriləcək forumda 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, üç beynəlxalq təşkilat və 82 media qurumu qatılacaq.

"Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda keçirilən II Şuşa Qlobal Media Forumunda iştirak edəcək xarici media nümayəndələrini daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına yola düşüb.

"Report" xəbər verir ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, üç beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayacaq.

Şuşada II Qlobal Media Forumu başlayır

Şuşada II Qlobal Media Forumu başlayır

Qeyd edək ki, iki gün davam edəcək forum çərçivəsində dörd panel sessiya - "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək", "Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər", "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi" və "İqlim hərəkatı və media" mövzularında təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.

Xatırladaq ki, I Şuşa Qlobal Media Forumu ötən il iyulun 21-23-də keçirilib. "4-cü Sənaye inqilabı dövründə yeni media" mövzusunda I Media Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Xatırladaq ki, I Şuşa Qlobal Media Forumu ötən il iyulun 21-23-də keçirilib. "4-cü Sənaye inqilabı dövründə yeni media" mövzusunda I Media Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.