Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

21
İyl
10:36
thumb_down 0

Yenidən ən yüksək dövlət postu uğrunda mübarizəyə qatılan ABŞ-nin keçmiş prezidenti Donald Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirib.

seher.media "Deutsche welle"-yə istinadən xəbər verir ki, siyasətçi Miçiqan ştatında "Keçən həftə demokratiyaya görə güllə aldım", - deyə bəyan edib.

Mitinqdə Trampdan başqa, vitse-prezidentliyinə namizəd, Ohayo ştatından respublikaçı senator Ceyms Devid Vens çıxış edib.

Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən seçki kampaniyası zamanı . 20 yaşlı gənc siyasətçiyə atəş açıb. Güllə Trampın qulağına dəyib.