ABŞ-də qanlı atışma: Ölənlər və yaralananlar var

21
İyl
19:18
thumb_down 0

Qərbi Filadelfiyada (Pensilvaniya, ABŞ) atışma nəticəsində azı üç nəfər ölüb, yeddi nəfər yaralanıb.

seher.media TASS-a istinadən xəbər verir ki, məlumatı yerli polis yayıb.

Məlumata görə, hadisə təxminən 100-150 nəfərin iştirak etdiyi ziyafətdə baş verib.

İnsidentin səbəbi hələlik açıqlanmayıb.

Polis müfəttişi bildirib ki, atəş açan bir neçə nəfər ola bilər.