Yedditəpə kurqanlarından yaştəyini üçün nümunələr götürülüb

21
İyl
20:18
thumb_down 0

Biləsuvarda yerləşən Yedditəpə kurqanlarından yaştəyini üçün nümunələr götürülüb.

"Report"un məlumatına görə, nümunələr Radiasiya Problemləri İnstitutunun "Tarixi abidələrin radioizotop yaştəyini" xüsusi laboratoriyasının əməkdaşları tərəfindən götürülüb.

Həmçinin kurqanların yerləşdiyi nöqtələrin radiasiya fonu ölçülüb.

Qeyd edək ki, nümunələr Radiasiya Problemləri İnstitutunda yaranan və bütövlükdə Qafqaz ölkələri daxilində ilk və yeganə laboratoriya olan "Tarixi abidələrin radioizotop yaştəyini" xüsusi laboratoriyasında analiz olunacaq.