Husilərə ağır zərbələr endirildi

21
İyl
21:54
thumb_down 0

ABŞ və Böyük Britaniya "Ənsar Allah" (husilər) hərəkatının Yəmənin şimal-qərbindəki Həccə əyaləti və qərbi Hudeydədəki hədəflərinə hücum edib.

seher.media TASS-a istinadən xəbr verir ki, bu barədə husilərə məxsus "Al Masirah" telekanalı məlumat yayıb.

Məlumata görə, koalisiya qüvvələri Həccə əyalətinə azı iki zərbə endirib və Hudeydədəki Ras İsa limanı ərazisinə dörd dəfə hücum edib.