Türkiyədə zəlzələ bölgəsində ilan dəhşəti: Sakinlər qorxu içindədirlər

22
İyl
13:54
thumb_down 0

Türkiyədə bir il əvvəl zəlzələnin dağıntılara məruz qoyduğu Hatay vilayətində sakinlər ilan qorxusu ilə üzləşiblər.

Bu barədə seher.media "Haber Global"a istinadən bildirir.

Belə ki, yay aylarının gəlişi ilə havanın temperaturunun 45 dərəcəni keçdiyi Hatayda ilanlar istidən qorunmağa yer axtarırlar. Sərinləmək üçün yaşayış evlərinə girən ilanlar sakinlər arasında təşviş yaradırlar.

Sakinlər tez-tez evlərinin içində və həyətlərində ilanlarla qarşılaşırlar.

Evlərdən birinə girən və mobil telefonun kamerasına tuş gələn böyük ilanın görüntüləri isə gündəm olub.