ABŞ prezidenti xalqa müraciət edəcək

23
İyl
23:18
thumb_down 0

ABŞ Prezidenti Co Bayden çərşənbə günü prezidentlik yarışından çəkilməyi ilə bağlı xalqa müraciət edəcək.

seher.media xəbər verir ki, bu barədə dövlət başçısı "X" (keçmiş "Twitter") səhifəsində yazıb.

"Sabah axşam ABŞ-nin şərq sahili vaxtı ilə saat 20:00-da (cümə axşamı Bakı vaxtı ilə 04:00 - red.) Oval kabinetdən ölkəni qarşıda nələrin gözlədiyi və Amerikanın xeyrinə işimi necə tamamlayacağım barədə insanlara danışacağam", - Bayden qeyd edib.

Xatırladaq ki, keçən həftənin sonundan bəri Bayden koronavirus səbəbindən Delaver ştatındakı iqamətgahında özünü təcrid edib.