ABŞ-də ermənipərəst senator istefa verdi

24
İyl
09:54
thumb_down 0

Korrupsiyada və xarici agent kimi işləməkdə təqsirli bilinən ABŞ-nin Nyu-Cersi ştatından olan ermənipərəst senator Robert Menendes istefa verib.

seher.media TASS-a istinadən xəbər verir ki, R.Menendes avqustun 20-də Senatı tərk edəcək. O, bir neçə gündür senatorlarının çağırışlarına baxmayaraq, istefa verməkdən imtina edirdi.

"Mən verilən hökmdən razı deyiləm. Ali Məhkəməyə şikayət vermək niyyətində olsam belə, Senatın onu mühüm işindən yayındıracaq uzun prosesə cəlb olunmasını istəmirəm", - deyə Robert Menendes bildirib.

Korrupsiya işində təqsirli bilinən Nyu-Cersi ştatından olan ABŞ senatoru Robert Menendes avqustun 20-də istefa verəcək.

seher.media TASS-a istinadən xəbər verir ki, senator istefa ərizəsini bu günlərdə təqdim edəcək.

İyulun 16-da Nyu-York ştatının andlılar məhkəməsi Menendesi korrupsiyada, Misir və Qətər üçün qanunsuz xarici agent kimi işləməkdə təqsirli bilib.

İş üzrə yekun hökm oktyabrın 29-na təyin edilib. Menendesi həbs cəzası gözləyir.

Qeyd edək ki, demokrat senator həyat yoldaşı Nadine Aslanyanla birgə uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından biri olub.