Moskvada yaşayış binasının qarşısında avtomobil partladıldı: Xəsarət alanlar var

24
İyl
11:54
thumb_down 0

Rusiyada yaşayış binasının qarşısında avtomobil partlayıb. Hadisə zamanı kişi və qadın xəsarət alıblar. Bundan başqa, yaxınlıqda olan daha beş avtomobilə ciddi ziyan dəyib.

seher.media-ın TASS-a istinadla məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.

"Hadisə Moskvada Sinyavinskaya küçəsində baş verib. Kişi və qadın park edilmiş "Toyota Land Cruiser" avtomobilinə mindikdə partlayış baş verib. İlkin məlumata görə, kişinin pəncələri qopub, qadın qəlpə yaraları alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər", - deyə agentliyin müsahibi deyib.

Məlumata görə xəsarət alanların şəxsiyyəti müəyyən edilib - onlar Rusiya Silahlı Qüvvələrinin 89 saylı peyk rabitə bölməsinin ötürücü radio mərkəzinin rəis müavini Andrey Torqaşov və onun həyat yoldaşı olublar.

Bu səbəbdən avtomobilin partladılması hüquq-mühafizə orqanları tərəfindən qətl cəhdi kimi qiymətləndirilib.

"Hazırda istintaq "Toyota Land Cruiser" avtomobilinin partladılmasının bir neçə versiyasını nəzərdən keçirir. Versiyalardan birinə görə, partlayış nəqliyyat vasitəsinin sahibinin xidməti fəaliyyəti ilə bağlıdır", - deyə agentliyin müsahibi deyib.

Partlayış zamanı zərərçəkmiş sürücü ağır vəziyyətdədir. O, reanimasiya şöbəsindədir. Həyat yoldaşı ciddi xəsarət almayıb. Xəstəxanada onun huşunun yerində olduğu vurğulanıb.

Moskvada yaşayış binasının qarşısında avtomobil partladıldı: Xəsarət alanlar var

Moskvada yaşayış binasının qarşısında avtomobil partladıldı: Xəsarət alanlar var