BİZNESMEN DEPUTATIN QOHUMLARLA ƏDAVƏTİ BİTMİR?! - İDDİA

1
Avq
16:54
thumb_down 0

Millət vəkili Məhşur Məmmədovun “EMBAWOOD” şirkətinin rəhbəri olması heç kəsə gizli deyil. Gürcüstan, Qazaxıstan, Ukrayna ilə birgə 6 fabrik, ölkədaxili və ölkəxarici 200-dən çox mağazası olan “EMBAWOOD”-un sahibi kimi isə nədənsə Elşad Abbasov təqdim edilir. Bəs niyə əsl sahibkar gizlədilir?

Deputat Məhşur Məmmədov Nyu Yorkdakı villasını hansı yolla alıb? Təkcə İtaliya və Almaniyadan gələn avadanlıqları, Türkiyə, Rusiya, Avstriya, İtaliya, İspaniya, Çin və Belarus kimi ölkələrdən idxal olunan xammalın məbləğı yüz milyonlarladır.

İddia olunur ki, Masallının VI çağırış deputatı Məhşur Məmmədov indi də “EMBAWOOD”-da olan səhmlərini satışa çıxarıb. Bu isə Məhşur Məmmədovun qohumları arasında yaranan ədavətə son qoyulsun deyə baş verib. “Səhmlərini satıb” donunu geyindirdiyi məsələ isə əslində qohumları ilə yaranan gərginlikdən dolayı itirib. Nəticədə isə rəhbərlik etdiyi “EMBAWOOD” şirkəti və “EMBAFİNANCE” (BOKT)-da olan səhmlərini satışa çıxaran biznesmen deputat Məhşur Məmmədov səhmlərinin 14%-ni Tamara Poyakova adlı şəxsə satıb. Nəticədə isə özünə 35% səhm qalıb.

İndi də yenidən deputatlığa namizədliyini verməklə nəyi əldə etmək istəyir Məhşur Məmmədov?

Bəlkə daha böyük biznes əlaqələrinə girmək üçün?

Və yaxud da sahib olduğu şirkətlərə yeni investorlar cəlb etmək üçün?

Axı adının qarşısındakı DEPUTAT sğzü onun üçün geniş yollar açır...