"Al Market" vətəndaşları belə aldadır - FOTO

1
Avq
21:58
thumb_down 0

"Al Market" mağazalar şəbəkələrində vətəndaşlar kütləvi şəkildə qiymətdə aldadılır.

Bununla bağlı jurnalist  Miri Məcidli  öz  facebook  səhifəsində paylaşım edib.

""AL Market" vətəndaşları kütləvi şəkildə qiymətdə aldadır. Məhsulun üzərində bir qiymətdir, kassada başqa qiymət. İrad bildirəndə də  deyirlər ki, bizdə  qayda belədir. Bu gün Yasamal rayonu,Mətbuat  Prospektində  yerləşən "Al Market"də  belə  halla  rastlaşdım... Qanuna görə müştəri  məhsulun üzərində  gördüyü  qiyməti  ödəməlidir", - deyə  jurnalist  bildirib.

Oxu24.com məsələ ilə bağlı kiçik araşdırma aparıb. Əməkdaşımız sözügedən mağazadan şirkətlərdən birinə məxsus kolbasa alıb. Məhsulun üzərində kolbasanın müvafiq  qramının  qiymətinin 2 manat 60 qəpik olması qeyd edilsə də, əməkdaşımızdan kassada 4 manat 55 qəpik  pul tələb olunub. Qiymətin niyə belə fərqli olması isə açıqlanmayıb.

Məsələ ilə bağlı marketlər şəbəkəsinə məxsus nömrələrlə əlaqə saxlasaq da, münasibət öyrənə bilmədik.

1722420097_al1 1722420121_al2