Bakıda iki qadının pulları və qızılları oğurlandı

19
Avq
16:18
thumb_down 0

Nərimanov rayonu ərazisində paytaxt sakini olan iki nəfər qadına məxsus 30 min manat nağd pul, 10 min manat dəyərində qızıl-zinət əşyaları və mobil telefonun oğurlanması barədə polisə müraciət daxil olub.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən Ş.Məmmədov və M.Quluzadə saxlanılıblar.

Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.