Alen Delon kilsədə 35 itinin yanında dəfn olunacaq

20
Avq
00:18
thumb_down 0

Fransız aktyor Alen Delon ölümündən əvvəl 35 itinin külünün olduğu kilsədə dəfn edilməsi haqda qərar vermişdi.

seher.media xəbər verir ki, bu barədə bazar ertəsi BFM telekanalı məlumat yayıb.

Dəfn mərasimi aktyorun təxminən 50 il yaşadığı evin yaxınlığında, Luara departamentinin Duşi şəhərində həftə ortasına təyin edilib.

Qeyd edək ki, Alen Delon ötən bazar günü 88 yaşında vəfat edib.