Bədəninin 99,98%-ni döymə ilə bəzəyən qadın Ginnesin Rekordlar Kitabına düşdü

24
Avq
03:54
thumb_down 0

ABŞ sakini bədəninin 99.98%-ni döymə ilə örtməklə Ginnesin Rekordlar Kitabına düşüb.

seher.media xəbər verir ki, bu barədə "UPI" məlumat yayıb.

Məlumata görə, nailiyyətin müəllifi Konnektikutdan olan 36 yaşlı Esperans Lumineska Fuerzinadır. O, qadınlar arasında ən çox bədən döyməsi və bədən modifikasiyalarının sayına görə Ginnesin Rekordlar Kitabına daxil edilib.

Fuerzina bildirib ki, o, ilk döyməsini təxminən 15 il əvvəl, ilk modifikasiyasını isə - ikiyə bölünmüş dilini - 2014-cü ildə etdirib. Bundan əlavə, amerikalının çoxlu pirsinqləri var. Qadının bədəninin 99.98%-i döymə ilə örtülməsinə baxmayaraq, Fuerzina bununla dayanmağı planlaşdırmır.

"Mən hələ setin sonunu təsəvvür edə bilmirəm" , - o bildirib.