Fransada sinaqoq yaxınlığında avtomobilləri yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb

25
Avq
03:18
thumb_down 0

"La Grande-Motte" kommunasında ("Hérault" departamenti, Fransanın cənubu) sinaqoq yaxınlığında iki avtomobili yandırdığı iddia edilən şəxs saxlanılıb.

seher.media xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Mətbu orqanın məlumatına görə, hücum edən şəxs Nimesdə (Qard departamenti, ölkənin cənubunda) aşkarlanıb. Onu saxlamaq üçün polisin xüsusi təyinatlı dəstələri cəlb olunublar.

Telekanal xəbər verir ki, polis atəş açıb, şübhəli şəxsi yaralayıb, onun həyatı təhlükədə deyil.

Fransanın Hero departamentində sinaqoq yaxınlığında binanın qarşısında dayanmış iki avtomobilin yandırılmasından sonra partlayış baş verib.

seher.media bu barədə BFMTV kanalına istinadən xəbər verir.

Hadisə zamanı bir bələdiyyə polisi yaralanıb.

Ehtimallara görə, avtomobillərdən birində qaz balonu gizlədilib. Partlayışın səbəbi bu ola bilər.

Fövqəladə hadisə yerinə istehkamçılar və jandarmlar gəliblər.

Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib ki, təcavüzkarın tapılması üçün bütün resurslardan istifadə olunur. Hero departamentinin prefekti də təxribatı pisləyib və bildirib ki, o, hüquq-mühafizə orqanlarından sinaqoqlarda və digər yəhudi qurumlarında təhlükəsizlik tədbirlərini gücləndirməyi tələb edir.

Fransada sinaqoq yaxınlığında avtomobilləri yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Fransada sinaqoq yaxınlığında avtomobilləri yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb