Suaresin dublu "İnter Mayami"yə qələbə qazandırdı

25
Avq
10:36
thumb_down 0

Futbol üzrə ABŞ çempionatında (MLS) "İnter Mayami" "Sinsinnati"ni qəbul edib.

seher.media xəbər verir ki, oyun "İnter Mayami"nin üstünlüyü şəraitində keçib, nəticədə meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar.

Meydan sahiblərinin hər iki qolunu uruqvaylı hücumçu Luis Suares vurub.

Məlumat üçün əlavə edək ki, "İnter Mayami" 56 xalla MLS-də birinci pillədə qərarlaşıb.