Almaniyada festivalda insanlara hücum edən şəxs polisə könüllü təslim olub

25
Avq
14:18
thumb_down 0

Almaniyanın Solingen şəhərində festivalda insanlara bıçaqla hücum etməkdə şübhəli bilinən şəxs hadisədən 26 saat sonra polisə təslim olub.

seher.media bu barədə "Bild" nəşrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, o özü polislərə yaxınlaşaraq "Axtardığınız mənəm" deyib və könüllü təslim olub.

Məlumata görə, şübhəli şəxs 2022-ci ildə qaçqın kimi Almaniyaya gələn 26 yaşlı suriyalıdır.