Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərdi

25
Avq
17:18
thumb_down 0

Rusiyanın Parisdəki səfirliyi Fransa Xarici İşlər Nazirliyinə nota göndərərək "Telegram" mesencerinin təsisçisi Pavel Durovla konsulluq əlaqəsi tələb edib.

seher.media xəbər verir ki, bunu "Rossiya-24" telekanalının efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

Zaxarovanın sözlərinə görə, hadisədən dərhal sonra Rusiyanın Parisdəki səfirliyi Fransa tərəfi ilə əlaqə saxlayıb.

"Lakin Fransa hakimiyyəti Durovu ilk növbədə Fransa vətəndaşı hesab edir (Pavel Durovun Rusiya və Fransa vətəndaşlığı var - red)" - deyə Rusiya rəsmisi vurğulayıb.

Qeyd edək ki, "Telegram"ın təsisçisi Pavel Durov ötən gün Fransanın "Le Burje" hava limanında saxlanılıb. P. Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər.